IMG-LOGO

Dünyanın aparıcı kriptovalyutası cüzi ucuzlaşıb

17 Jan 2026 17:07 3 baxış
IMG

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 95,3 min ABŞ dollarından aşağı düşüb.

"Report" xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 0,20 % ucuzlaşaraq 95 min 209 ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 903 milyard ABŞ dolları həddinə enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Ethereum"un qiyməti isə son bir sutkada 0,13 % azalaraq 3,3 min ABŞ dolları olub.

Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 0,03 % azalaraq 3,23 trilyon ABŞ dollarına düşüb.

Xəbər lenti