IMG-LOGO

Alimlər təəccüblənirlər - Bu qan qrupundan olanlar uzunömürlü olurlar

17 Jan 2026 17:30 3 baxış
IMG
0 0

Müasir elmi araşdırmalar getdikcə daha çox göstərir ki, insanın ömrünün uzunluğuna təkcə həyat tərzi deyil, həm də orqanizmin bioloji xüsusiyyətləri təsir edə bilər. Alimlər bildirirlər ki, qan qrupu da müəyyən xəstəliklərin yaranma riskinə təsir göstərərək dolayısı ilə uzunömürlülükdə rol oynaya bilər.

Lent.az xəbər verir ki, yüksək yaş həddinə çatan insanlar arasında ən çox rast gəlinən qan qrupu I (0) hesab olunur.

Tədqiqatçılar bunun səbəbini bu qrupun bəzi təhlükəli xəstəliklərə qarşı daha yüksək davamlılıqla əlaqələndirirlər.

Statistik göstəricilər göstərir ki, I (0) qan qrupuna malik şəxslərdə orta hesabla insult, infarkt, digər ürək-damar xəstəlikləri

riskinin daha aşağı olduğu müşahidə olunur. Eyni zamanda bu insanlarda mədə və mədəaltı vəzi xərçənginə daha az rast gəlindiyi qeyd edilir.

Alimlər mümkün izahlardan biri kimi qan tərkibindəki fərqləri göstərirlər. Bildirilir ki, I (0) qan qrupuna malik şəxslərdə trombun yaranmasına səbəb olan faktorlar daha az ola bilər. Nəzərə alsaq ki, infarkt və insult hallarının böyük hissəsi məhz tromblaşma ilə bağlı baş verir, bu xüsusiyyət əlavə qoruyucu təsir yarada bilər.

100 yaşdan yuxarı insanların genləri araşdırıldı

Uzunömürlülərlə bağlı aparılan genişmiqyaslı araşdırmalardan biri PLOS Genetics elmi jurnalında dərc olunub. Tədqiqat çərçivəsində alimlər yaşı 100-dən yuxarı olan təxminən 800 nəfərin, yaşı 90-a yaxın olan 5400 nəfəri genetik məlumatlarını analiz ediblər.

Nəticələr göstərib ki, dörd əsas gendə, o cümlədən qan qrupu ilə əlaqəli gendə olan variasiyalar orqanizmin daha sürətli və ya daha yavaş qocalmasına ciddi təsir göstərə bilər.

Uzunömürlülər xroniki xəstəliklərə daha az meyilli olur

Digər araşdırmalarda isə bildirilib ki, 100 yaşa qədər və daha artıq yaşayan insanlarda xroniki xəstəlik riskini artıran genlər daha az olur. Bu səbəbdən onlar adətən daha az ciddi xəstəlik keçirir və sağlamlıqlarını daha uzun müddət qoruya bilirlər.

Alimlər: uzun ömür təkcə genlərlə bağlı deyil

Mütəxəssislər yekun olaraq vurğulayırlar ki, uzunömürlülüyün sirri yalnız genetik amillərlə izah edilmir. İnsanların daha uzun yaşamasına təsir edən əsas faktorlar arasında fiziki sağlamlığın daha uzun müddət qorunması, yaşlanmaya qarşı qoruyucu mexanizmlər, həyat tərzi və gündəlik vərdişlər da xüsusi rol oynayır. Alimlər qeyd edirlər ki, elm bu mexanizmləri yeni-yeni araşdırmağa başlayıb.

qan qrupu

Xəbər lenti