IMG-LOGO

Zelenski: Ukrayna Rusiya zərbələri fonunda elektrik enerjisi idxalının artırılmasına ehtiyac duyur

17 Jan 2026 16:47 2 baxış
IMG

Ukrayna Rusiya tərəfindən ölkənin enerji infrastrukturuna vurulan zərbələr fonunda qısa müddətdə elektrik enerjisi idxalı həcmlərini artırmalıdır.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi selektor müşavirəsində bildirib.

"Elektrik enerjisinin idxal həcmlərinin artırılmasını və tərəfdaşlardan əlavə avadanlığın cəlb edilməsini maksimum sürətləndirmək lazımdır. Bütün lazımi qərarlar artıq qəbul edilib, idxalın artırılması təxirə salınmadan baş verməlidir", - o vurğulayıb.

Ukrayna Müdafiə naziri Mixail Fedorova Hava Qüvvələrinin fəaliyyəti və hava məkanının müdafiəsinin gücləndirilməsi ilə bağlı ayrıca tapşırıqlar verilib.

Qeyd edək ki, Rusiyanın zərbələri səbəbindən bu gün Ukraynanın Odessa və Kiyev vilayətlərində istehlakçılar elektrik enerjisindən məhrum olub, Sumı vilayətində elektirik verilişinin təhcizatına məhdudiyyətlər tətbiq edilib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, yanvarın 17-si gecə saatlarında Hava Hücumundan Müdafiə qüvvələri Rusiyaya məxsus 115 pilotsuz uçuş aparatından 96-sını məhv edib, lakin 16 pilotsuz uçuş aparatının hədəfə çatdığı qeydə alınıb.

Xəbər lenti