IMG-LOGO

"Neftçi" amerikalı basketbolçu transfer edib, iki oyunçu ilə yollarını ayırıb

16 Jan 2026 21:41 3 baxış
IMG

"Neftçi" basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, amerikalı basketbolçu Ayzeya Cerald Braun ilə mövsümün sonunadək müqavilə imzalanıb.

29 yaşlı oyunçu 187 sm boya malikdir.

Bundan başqa, "ağ-qaralar" serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçin sözləşmələrinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Xəbər lenti