Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Mastercard" şirkəti ilə tranzit daşımaları və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Mastercard" şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsman ilə görüş keçirdik. Həmçinin Bakıda kibertəhlükəsizlik üzrə mükəmməllik mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.
R.Nəbiyev görüşdə həmçinin süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

