IMG-LOGO

TƏBİB region xəstəxanalarında yüksək texnologiyalı cərrahi xidmətlərin tətbiqini genişləndirir

16 Jan 2026 17:42 3 baxış
IMG

TƏBİB region xəstəxanalarında yüksək texnologiyalı cərrahi xidmətlərin tətbiqini genişləndirir.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan minimal invaziv (qapalı) əməliyyatların davamlı icrasına başlanılıb.

Yeni yaradılan Minimal İnvaziv Cərrahiyyə Mərkəzi ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada əməliyyatlar Türkiyənin qabaqcıl tibb müəssisələrində ixtisaslaşmış uzman cərrahlar tərəfindən həyata keçirilir.

Artıq Qazax Rayon Mərkəzi Xəstəxanasında da laporoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması), laporoskopik appendektomiya və qasıq yırtığının qapalı üsulla ləğvi (TAPP) kimi müdaxilələr intensiv olaraq icra olunmaqdadır.

Xəbər lenti