“Məhkəmə AYB-nin xeyirinə qərar çıxardı. Mən 500 manat təzminat ödəməli və fikirlərimi təkzib etməliyəm”.
Bunu Lent.az-a açıqlamasında şair İlham Qəhrəman deyib.
O bildirib ki, işi Apelyasiya məhkəməsinə verib.
“Ayın 19-u məhkəmə olacaq. Onsuz da Anar hər yerə “tapşırıb”. O gün də deyib ki, İlham Qəhrəman o 500 manatı ödəsin, yetim-yesirə verəcəyik. Sənin yetim-yesirə verməyə pulun yoxdur? Milyonçusan sən. Hamı bilir ki, Azərbaycanda ən xəsis adam sənsən”.
Qeyd edək ki, bir müddət əvvəl AYB şair İlham Qəhrəmanı məhkəməyə verib. Buna səbəb İlham Qəhrəmanın AYB və sözügedən qurumun sədri Anara qarşı ağır ittihamlarla dolu bir yazı yazması idi.
İlham Qəhrəman AYB Anar