IMG-LOGO

İndi aviabiletlər də ABB Business-də alınır

16 Jan 2026 11:53 3 baxış
IMG
3 0

Qeyri-bank xidməti həllərini inkişaf etdirən ABB bu sahədə daha bir yeniliyini müştərilərə təqdim edib.

Bankın uğurla reallaşdırdığı “FlyDesk” layihəsi sayəsində korporativ müştərilər artıq səfərlərini də ABB Business platforması üzərindən planlaşdıra bilərlər. Müştərilərə, o cümlədən biznes sahiblərinə, mühasiblərə, şirkətlərin insan resursları sahəsində çalışan əməkdaşlarına və b. ABB Business platformasından çıxmadan aviabiletlər axtarmaq, uçuş qiymətlərinin müqayisəsini aparmaq, bilet alışı prosesini onlayn şəkildə tamamlamaq imkanı yaradılıb. Bu yeniliyi Azərbaycanda ilk dəfə məhz ABB  tətbiq edib.

“FlyDesk” qlobal aviabilet sistemləri ilə inteqrasiya əsasında çalışır. Xidmətdən yararlanmaq üçün müştəri ABB Business İnternet Bank platformasına daxil olaraq “FlyDesk” bölməsində istiqamət və tarixləri qeyd edir, uyğun uçuşu seçir və ödənişi bank platformasında həyata keçirir.

Səfərlər üçün aviabilet alışının əlavə platformalara keçmədən birbaşa ABB Business üzərindən tam rəqəmsal təcrübə ilə tamamlanması, prosesin son dərəcə sürətli və təhlükəsiz olması bu yeniliyin yaratdığı əsas üstünlüklərdir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

 

 

İqtisadiyyat

Xəbər lenti