IMG-LOGO

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn olunub - YENİLƏNİB

16 Jan 2026 11:20 2 baxış
IMG

İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib.

"Report"un məlumatına görə, onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. "Qurtuluş" batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.

11:11

İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir Hərbi Memorial Məzarlıqda baş tutub.

Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. O, bu gün Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacaq.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Vəfatından sonra onun cənazəsi Azərbaycana gətirilib.

Xəbər lenti