"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.
Bu barədə "Report"a ASCO-dan məlumat verilib.
Bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.
2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında təxminən 38 % artıb.
ASCO bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordunu yeniləyib
