IMG-LOGO

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar baş tutacaq

16 Jan 2026 09:32 2 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar baş tutacaq.

"Report"un məlumatına görə, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçiriləcək.

"Azerreyl" "Xilasedici" ilə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki oyun saat 17:00-da başlayacaq. İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşəcək.

Xəbər lenti