IMG-LOGO

Qazaxıstan dekabrda təxminən 300 min ton nefti digər marşrutlara yönəldib

16 Jan 2026 09:39 2 baxış
IMG

Qazaxıstan 2025-ci ilin dekabrında tədarük məhdudiyyətləri səbəbindən Xəzər Boru Kəməri Konsorsiumu sistemindən təxminən 300 min ton nefti alternativ ixrac marşrutlarına yönəldib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın "KazMunayQaz" (KMG) şirkəti məlumat yayıb.

"Bu neft həcmləri Almaniya, Çin marşrutlarına, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) istiqamətinə göndərilib, həmçinin Novorossiysk və Ust-Luqa limanları vasitəsilə ixrac olunub", - şirkətin məlumatında qeyd edilib.

Bildirilib ki, şirkət bu ilin yanvarında neftin qəbulu üzrə mövcud məhdudiyyətləri nəzərə alaraq tədarükün yenidən istiqamətləndirilməsi tədbirlərini davam etdirəcək.

Qeyd edək ki, 2025-ci ildə Qazaxıstan neftinin Almaniyaya (Şvedt şəhərindəki neft emalı zavoduna) tədarük həcmi 2,1 milyon ton təşkil edib, 2026-cı ildə isə tədarükün 2,5 milyon tona qədər artması gözlənilir. Ötən il bu ölkənin Çinə tədarükü 1,1 milyon, BTC ilə isə 1,3 milyon ton neft təşkil edib. Xəzər Boru Kəməri Konsorsiumu isə Qazaxıstan neftinin əsas ixrac marşrutu sayılır.

Xəbər lenti