IMG-LOGO

Tramp: Nobel sülh mükafatının hədiyyə edilməsi hörmət əlamətidir

16 Jan 2026 07:48 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalifət lideri Mariya Korina Maçado tərəfindən ona Nobel sülh mükafatının hədiyyə edilməsini hörmət əlaməti adlandırıb.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bildirib ki, çox şeydən keçmiş gözəl bir qadın adlandırdığı Maçado ilə görüşmək böyük şərəf idi "Mariya mənə Nobel sülh mükafatını gördüyüm işə görə verdi. Qarşılıqlı hörmətin nə gözəl əlaməti. Təşəkkür edirəm, Mariya", - Ağ Ev rəhbəri yazıb.

Maçado daha əvvəl 15 yanvarda Trampla görüşündə ona Nobel sülh mükafatını təqdim etdiyini bildirib. "Fox News" daha sonra Amerika liderinin mükafatı qəbul etdiyini bildirib.

Öz növbəsində, Nobel Komitəsi əvvəllər mükafatın verilməsi qərarının yekun olduğunu, yenidən baxıla bilməyəcəyini, mükafatın geri qaytarılmadığını, bölünə və ya başqa şəxslərə verilə bilməyəcəyini bildirib.

Xəbər lenti