IMG-LOGO

CAR-da ən böyük qoruqdan 600-dən çox insan təcili təxliyə edilib

16 Jan 2026 05:14 4 baxış
IMG

Yanvarın 15-də Cənubi Afrika Respublikasının (CAR) ən böyük qoruğu Kruger Milli Parkı ərazisində 600-dən çox insan təcili evakuasiya edilib, çünki daşqınlar istirahət edənlərin təhlükəsizliyi üçün təhlükə yaradıb.

"Report"un yerli EWN radiostansiyasına istinadən məlumatına görə, bu barədə qoruğun administrasiyası xəbər verib.

"Gün ərzində 67 uşaq da daxil olmaqla 631 nəfər təxliyə edilib", - administrasiya qeyd edib. Daşan çayların yaxınlığında yerləşən səkkiz məntəqədən insanlar təxliyə edilib. Xəsarət alan olmayıb.

Qoruğun yerləşdiyi CAR-ın şərqində artıq ikinci həftədir ki, güclü yağışlar davam edir. Nəticədə, ölkənin bu hissəsindəki çoxsaylı çaylar öz məcralarından çıxaraq geniş əraziləri və avtomobil yollarını su altında qoyub.

Bəzi ərazilərdə nəqliyyatın hərəkətinin dayanması səbəbindən qida çatışmazlığı hiss olunmağa başlayıb. CAR Prezidenti Siril Ramaposa 15 yanvarda ən çox zərər çəkən ərazilərə baş çəkib və əhaliyə yardım göstərmək üçün təcili tədbirlər görülməsini tapşırıb.

Xəbər lenti