ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirir.
"Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının İranla bağlı iclasında bildirib.
"Prezident Tramp BMT-də müşahidə etdiyimiz sonsuz danışıqlar deyil, fəaliyyət göstərən insandır. O, bütün variantların nəzərdən keçirildiyini açıq şəkildə bildirib", - Uolts deyib.
ABŞ səfiri həmçinin iddia edib ki, İranın dialoqa hazır olması ilə bağlı açıqlamalarına baxmayaraq, onun hərəkətləri bunun əksini göstərir.