IMG-LOGO

Lindsi Qraham: ABŞ-nin ərəb ölkələri müttəfiqlərinin İranın müdafiəsinə qalxması narahatlıq doğurur

16 Jan 2026 04:51 4 baxış
IMG

ABŞ-nin ərəb ölkələri arasındakı müttəfiqlərinin İranın müdafiəsinə qalxması xəbərləri narahatlıq doğurur.

"Report" xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qraham bildirib.

"Ərəb ölkələrinin bunu ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların qarşısını almaq üçün etdiyi iddia olunur" , - Qraham vurğulayıb.

"Onlar küçələrə çıxan insanları öldürür. Əgər ərəb ölkələri İrana qarşı sərt addımlarınn atılmasına ehtiyac duymursa, mən hazırkı və gələcək alyansların tərkibinə yenidən baxmalı olacam" , - senator qeyd edib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Qətər və Omanın ABŞ Prezidenti Donald Trampı İrana şans verməyə inandırdığı barədə xəbərlər yayılıb.

Xəbər lenti