İsrail Ordusu Livanın bir sıra ərazilərində "Hizbullah" radikal təşkilatına məxsus silah anbarlarının yeni zərbələrin hədəfi olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə İsrail Ordusunun Mətbuat xdməti xəbər verib.
"Cənubi Livanda İsrailin Müdafiə Ordusu "Hizbullah"ın bir neçə silah anbarına və İsrailə qarşı hücumların hazırlanması üçün istifadə edilən digər terrorçu obyektlərinə zərbələr endirib. Başqa silsilə zərbələrdə İsrailin Müdafiə Ordusu "Hizbullah"ın yeraltı silah anbarını hədəf alıb", - məlumatda qeyd olunur.
Orduda qeyd edilir ki, radikalların hücum edilən ərazilərdəki fəaliyyətləri İsrail və Livan arasında atəşkəs razılaşmasını pozub. "Zərbələrdən əvvəl mülki şəxslərə potensial zərəri minimuma endirmək üçün addımlar atılıb", - mətbuat xidməti əlavə edib.