IMG-LOGO

İranın XİN başçısı ilə BMT-nin baş katibi arasında telefon danışığı olub

16 Jan 2026 01:55 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Əraqçi İslam Respublikasının ölkədəki son hadisələrlə bağlı mövqeyini açıqlayıb. XİN rəhbəri bidirib ki, iqtisadi və həmkarlar ittifaqı məsələləri ilə bağlı keçirilən dinc etirazlar terrorçu elementlərin müdaxiləsindən sonra zorakılıqlara çevrilib.

XİN başçısı eləcə də iğtişaşlar zamanı törədilən cinayətlər, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarına, eləcə də mülki şəxslərə hücumlar, yanğınlar, xəstəxanalara və səhiyyə mərkəzlərinə hücumlar, təcili yardım maşınlarının və yanğınsöndürən maşınların yandırılması, məscidlərin və mədəniyyət mərkəzlərinin dağıdılmasından danışıb.

İranın xarici işlər naziri BMT-ni "ABŞ-nin qanunsuz müdaxilələrini" pisləməyə çağırıb.

Xəbər lenti