IMG-LOGO

Rusiya Ukraynaya növbəti dəfə zərbələr endirib

15 Jan 2026 13:43 5 baxış
IMG

Rusiya yanvarın 15-i gecə saatlarında Ukraynanın enerji infrastrukturuna yeni zərbələr endirib, nəticədə Xarkov və Jitomir vilayətlərindəki yaşayış məntəqələri elektriksiz qalıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" ölkənin Energetika Nazirliyinə istinadən məlumat yayıb.

"Rusiya növbəti dəfə enerji infrastrukturuna zərbələr endirdi. Nəticədə Jitomir və Xarkov vilayətlərində istehlakçılar elektriksiz qalıb", - məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, qəza-bərpa işləri davam etdirilir.

Xəbər lenti