Türkiyəli məşhur müğənni Rafet El Roman illər sonra doğulduğu Edirne şəhərinin Havsa qəsəbəsindəki evinə gedib.
Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi uçuq vəziyyətdə olan evi sosial media izləyiciləri ilə paylaşıb.
“Dəyərli musiqisevərlər, hekayəmin başladığı yerdəyik: Havsa, Edirne… Mən 1968-ci ildə bu evdə dünyaya gəlmişəm. Yadıma gəlir ki, burada bir otaq da vardı. İllər keçdi və hər şey böyük ölçüdə dağıldı. Bu ev anam və atamdan mənə qalan 3-4 hektarlıq ərazidir".
Sənətçi evi xatırladığı orijinal halına uyğun şəkildə yenidən tikdirəcəyini bildirib və izləyicilərinə müraciət edib: “Məni sevən və xatırlayan sizlər, buralardan keçəndə mütləq gəlin, çünki sevənlərimə qapım həmişə açıq olacaq. Bu qapı, mən burada olsam da, olmasam da, hər kəsə açıq qalacaq”.
Sizin brauzer video tagını dəstəkləmir. rafet el roman evMənbə: lent.az