Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq.
Emiliano Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, klubla son mövsümdə 44 oyun keçirib və 49 qol buraxıb. Komanda Avropa Liqasının qalibi olub.
Martinesin "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
"Transfermarkt" onun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
İdman xəbərləriMənbə: lent.az