IMG-LOGO

Özündən 48 yaş böyük şoumenlə sevgili olduğu deyilən qızdan AÇIQLAMA

10 Jun 2026 18:43 3 baxış
IMG
3 0

Türkiyəli fenomen Eylem Çelik özündən 48 yaş böyük məşhur şoumen Mehmet Ali Erbil ilə eşq yaşaması haqqında yayılan iddialara cavab verib. 

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gənc fenomen adının Mehmet Ali Erbil ilə hallandırılmasından narahat olduğunu bildirib.

Çelik sosial media hesabında paylaşdığı açıqlamada xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: “Bəzi maqazin səhifələrində Mehmet Ali Erbillə "sevgili" kimi təqdim olunduğum xəbərlər həqiqəti əks etdirmir. Bu iddialar tamamilə mənim icazəm və məlumatım olmadan yayımlanıb. Şəxsi həyatımın və hüquqlarımın pozulduğu bu əsassız xəbərlərə ictimaiyyətin etibar etməməsini xahiş edirəm”.

Bununla belə, Mehmet Ali Erbilin açıqlamadan sonra da Eylem Çelikin sosial şəbəkələrdə paylaşdığı fotoları bəyənməyə davam etməsi diqqətdən yayınmayıb. Bu vəziyyət sosial mediada “Eşq yoxdursa da, heyranlıq var” kimi şərhlərin yazılmasına səbəb olub.

mehmet ali erbil eylem çelik fenomen tiktok

Mənbə: lent.az

Xəbər lenti