Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Lent.az-a "Azəriqaz"dan xəbər verilib.
Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması səbəbindən iyunun 11-i saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bakı Nəsimi rayonu qaz təchizatıMənbə: lent.az