ABŞ öz hərbçilərinə çərşənbə günü axşam saatlarına qədər Qətərdəki "Əl-Udeyd" aviabazasını tərk etməyi tövsiyə edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi adları çəkilməyən üç amerikalı diplomata istinadən məlumat verib.
"Əl-Udeyd" Yaxın Şərqdə ABŞ-nin ən böyük bazasıdır və burada 10 minə yaxın hərbçi yerləşdirilib. Ötən ilin iyununda ABŞ-nin İrana hava zərbələri endirməsi ərəfəsində heyətin bir hissəsi Yaxın Şərqdəki ABŞ bazalarından köçürülmüşdü. İyunun 23-də isə İran "Əl-Udeyd"ə 6 raket atıb.