Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
13:22
Xırdalanda qumbara partlayıb.
Lent.az xəbər verir ki, partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva ölüb.
Partlayış Xədicə Mustafayevanın yaşadığı evin həyətində baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
HadisələrMənbə: lent.az