Bakıda kişi binadan yıxılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.
82 yaşlı Məmmədov Balağa Hacıağa oğlu ailə üzvləri ilə birlikdə yaşadığı 9 mərtəbəli binanın eyvanından yıxılaraq, ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisələr binadan yıxılmaq kriminal xəbərlər kriminal hadisələr meyit ölümMənbə: lent.az