Lerikdə qadın şantaj olunub.
Lent.az-ın xəbərinə görə, 31 yaşlı Mikayıl Dadaşov (şərti adla) sosial şəbəkədə hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Məlumata əsasən, o, tiktok sosial şəbəkəsində saç ustası olan bir xanımın foto və video görüntülərini öz telefonuna yükləyib. Sonra həmin görüntülərin fonunda nalayiq ifadələr səsləndirib və təhqiramiz sözlər yazaraq, saç ustası işləyən zərərçəkənə göndərib. Mikayıl özünə məxsus "Momento more" adlı səhifədən qadına yazaraq, həmin görüntülərin yayılmaması qarşılığında 50 manat pul istəyib. Bundan əlavə, o, qadına başqa vaxt da mesaj yazaraq, intim münasibət təklif edib.
Lakin qadın bu təklifləri rədd edərək, Mikayıl Dadaşovu sosial şəbəkədə əngəlləyib. Bundan sonra Mikayıl qadın barəsində hazırladığı rüsvayedici görüntüləri "Instagram"da özünə məxsus bir neçə səhifədə yayıb.
Zərərçəkənin şikayəti əsasında M. Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.
M. Dadaşov ifadəsində bildirib ki, pul qazanmaq üçün insanları şantaj etmək yolunu seçib. İlk olaraq da, zərərçəkən xanıma yazıb. O, əməlindən peşman olmasını deyərək, barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkən qadın da ifadəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib. Onun sözlərinə görə, Mikayıl telefon zəngi ilə danışıq zamanı pul göndərməyəcəyi təqdirdə gəlib onu evində zorlayacağını da bildirib.
Məhkəmənin qərarı ilə M. Dadaşov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisələr cinayət işləri məhkəmə işləri məhkəmə qərarları şantaj hədə qorxuMənbə: lent.az