IMG-LOGO

Rusiyada ayı 66 yaşlı qadını yaşadığı evin həyətində parçaladı

16 Sep 2026 07:58 2 baxış
IMG
0 0

Rusiyanın Krasnoyarsk diyarında ayının hücumu nəticəsində 66 yaşlı qadın ölüb.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Yermakovsk bələdiyyə dairəsinin Verxni Kebej kəndində baş verib.

Məlumata görə, ayı qadına onun yaşadığı evin həyətində hücum edib. Aldığı xəsarətlər nəticəsində qadın həyatını itirib.

Hadisənin bütün təfərrüatları araşdırılır.

Bildirilir ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə alınan altıncı ölüm hadisəsidir.

rusiya ayı

Mənbə: lent.az

Xəbər lenti