IMG-LOGO

Bakıda güclü külək nəticəsində 6 ağac aşıb

14 Jan 2026 11:44 3 baxış
IMG

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

"Report"un əldə etdiyi məlumata görə, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin "Qaynar xətt"inə doqquz müraciət daxil olub.

Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.

Xəbər lenti