IMG-LOGO

Beyləqanda "Niva" kanala düşdü, 5 nəfər xəsarət aldı

23 Sep 2026 20:06 2 baxış
IMG
0 0

Beyləqanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sarısu qəsəbəsində qeydə alınıb. “Niva” markalı avtomobilin kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

beyləqan qəza

Mənbə: lent.az

Xəbər lenti