Azərbaycanda 2027-ci il yanvarın 1-dən yeni tikilən, yenidən qurulan və əsaslı təmir edilən yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə pasportlaşdırılacaq.
Lent.az xəbər verir ki, enerji pasportunda binanın enerji sərfiyyatı və enerji səmərəliliyi ilə bağlı göstəricilər əksini tapacaq. Yeni sistem alıcılara mənzil seçərkən binanın enerji baxımından nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirməyə imkan verəcək.
Mütəxəssislərin fikrincə, yeni qaydalar daşınmaz əmlak bazarına da təsir göstərə bilər. Ətraflı APA TV-nin videomaterialında:
bakı mənzil
Mənbə: lent.az