IMG-LOGO

Hande Erçel Milanda bütün baxışları özünə yönəltdi: libası gündəm oldu - VİDEO

23 Sep 2026 18:00 2 baxış
IMG
7 0

Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən “Vogue World 2026: Milano” tədbirinə qatılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa “Vogue Türkiye”nin xüsusi dəvətlisi kimi gecədə iştirak edib və tədbiri ön sıradan izləyib.

Hande Erçel gecə üçün “Dolce&Gabbana” brendinin 2024-cü ilin yaz-yay kolleksiyasından ağ rəngli libas seçib. Tül və korset detalları ilə seçilən geyimini sadə aksessuarlarla tamamlayan aktrisa saçlarını açıq saxlayıb.

Moda dünyasının tanınmış simalarının qatıldığı tədbirdə Hande Erçel fotoqrafların diqqətindən yayınmayıb. Onun Milanda çəkilən fotoları qısa müddətdə sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Aktrisa tədbirdən əvvəl “Vogue Türkiye”yə qısa müsahibə də verib. Bununla da Hande Erçelin son dövrlərdə iştirak etdiyi beynəlxalq moda tədbirlərinin sırasına daha biri əlavə olunub.

 

Sizin brauzer video tagını dəstəkləmir. Hande Erçel moda model aktrisa Türkiyə

Mənbə: lent.az

Xəbər lenti