IMG-LOGO

Sumqayıtda QƏZA: yaralılar var

23 Sep 2026 23:26 2 baxış
IMG
2 0

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mercedes” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

sumqayıt qəza

Mənbə: lent.az

Xəbər lenti