IMG-LOGO

Sumqayıtda yataqxanada yanğın məhdudlaşdırılıb- VİDEO - YENİLƏNİB

18.01.2024 00:56 99 baxış
IMG

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb. 

Lent.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

23.45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 

23.35

Sumqayıtda texniki kollecdə yanğın başlayıb

Lent.az APA-ya istinadla xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib.

FHN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

 

Xəbər lenti