Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması təlim-məşq toplanışına start verib.
"Report"un məlumatına görə, 2026-cı ilin ilk hazırlıq prosesi Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub.
Rəşad Eyubovun baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. U-21 yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 17-də başa çatacaq.
















