IMG-LOGO

Runi "Mançester Yunayted"in məşqçi heyətinə qoşulmağa hazırdır

13 Jan 2026 05:02 4 baxış
IMG

"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi klubdakı vəziyyət barədə danışıb, həmçinin komandanın məşqçi heyətinə qoşulmaq istədiyini açıqlayıb.

"Report"un məlumatına görə, Runi bu açıqlamanı BBC-nin podkastında verib.

"Mayklın (Kerrik), Fletçin (Darren Fletçer), Con O Şinin və ya mənim gəlməyimizdən asılı olmayaraq, klubun onu daxildən bilən, qayğı göstərən və "Mançester Yunayted" oyunçusu olmağın nə demək olduğunu başa düşən insanlara ehtiyacı var. Klub öz kimliyini, ailə hissini itirib, əgər istəyirsinizsə.

İstər Ule (Ule-Qunnar Sulşer), istərsə də Maykl olsun, bu, "Mançester Yunayted" ruhunu komandaya qaytarmaq üçün bir fürsətdir. Kerrikin heyətinə qoşulardımmı? Əlbəttə. Bu, çətin deyil. İş istəmirəm. Sadəcə hamının bilməsi üçün deyim ki, əgər məndən heyətə qoşulmaq istənilsəydi, mütləq qəbul edərdim", - Runi deyib.

Xəbər lenti