IMG-LOGO

Yaponiyada 5,1 maqnitudada zəlzələ olub

11 Jan 2026 08:54 4 baxış
IMG

Yaponiyanın şimal-şərqində 5,1 bal maqnitudada zəlzələ baş verib.

"Report"un xəbərinə görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İvate prefekturası yaxınlığında, ocağı 60 kilometr dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.

Xəbər lenti