IMG-LOGO

Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb

11 Jan 2026 06:08 5 baxış
IMG

Fransanın cənub-şərqindəki Savoya departamentindəki Val d İser və Areş-Bofor xizək kurortlarında qar uçqunu nəticəsində üç xizəkçi həlak olub.

"Report"un xəbərinə görə, bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir xizəkçi Areş-Boforda xizək sürərkən ölüb, onunla birlikdə olan başqa bir nəfər isə başından ağır xəsarət alıb.

İkinci qar uçqunu Val d İserdə baş verib və iki nəfər 2,5 metrlik qarın altında qalıb. Telekanal qeyd edib ki, xilasedicilər telefonlarını izləyərək xizəkçiləri tapa biliblər. Hər iki turist ağır vəziyyətdə tapılıb və onları xilas etmək mümkün olmayıb.

Xəbər lenti