Çinin Yaponiyaya ikili təyinatlı mallara embarqo tətbiq etmək qərarı qəbuledilməzdir.
"Report"un məlumatına görə, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkənin İctimai Televiziyasında bildirib.
"Yalnız ölkəmizi hədəf alan bu tədbirlər beynəlxalq təcrübəyə ziddir. Bu, qəbuledilməzdir", - o, vurğulayıb.
Xatırladaq ki, Çin 6 yanvarda hərbi məqsədlər və hərbi gücünün gücləndirilməsinə töhfə verən digər məqsədlər üçün Yaponiyaya ikili təyinatlı malların ixracına embarqo tətbiq edib.