ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb.
"Report"un xəbərinə görə, bu barədə Britaniyanın həftəlik "The Mail on Sunday" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.
Tramp prezidentliyinin birinci müddətində Qrenlandiyanı satın almağı təklif etmişdi və 2025-ci ilin mart ayında onun ilhaq oluna biləcəyinə əminliyini ifadə etmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edir və adanın krallığın bir hissəsi olduğunu vurğulayır.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqaviləni imzalayıblar. Müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürüb.