İran son hərbi məğlubiyyətlər və siyasi təzyiqlər nəticəsində ciddi şəkildə zəifləyib, ölkə daxilində legitimlik böhranı ilə üzləşib.
"Report" xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Ted Kruz "Iran International"a müsahibəsində deyib.
"ABŞ etirazları İran vətəndaşlarının təbii hüququ hesab edir" , - Kruz bildirib. Onun fikrincə, İran xalqı Qərbin tərəfində olmaq istəyir, lakin illərdir radikal islamçı rejimin hakimiyyəti altında əziyyət çəkir.
İranın ali rəhbəri Seyid Əli Xameneini tənqid edən Kruz bildirib ki, islam respublikasının əhalisi azadlıq və insan ləyaqəti uğrunda mübarizə aparmaq hüququna malikdir.
Bununla yanaşı, o, Barak Obama və Co Bayden administrasiyalarını Tehrana qarşı həddən artıq yumşaqlıqda ittiham edib.