ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan vəsaitlərin Amerika Maliyyə Nazirliyinin hesablarında məhkəmə cəzalarından qorunması barədə fərman verib.
"Report"un xəbərinə görə, sənəd Ağ Ev tərəfindən dərc edilib.
Vurğulanır ki, neft əməliyyatlarından əldə edilən pul Venesuela hökumətinin ABŞ-də saxlanılan suveren mülkiyyətidir. Fərman bu aktivlərlə əlaqəli hər hansı cəza, məhkəmə qərarı, girov, müsadirə və ya digər məhkəmə prosedurlarını etibarsız sayır.
Eyni zamanda, fərmanda vurğulanır ki, bu vəsaitlərin ödənişləri və köçürmələri ABŞ dövlət katibinin göstərişlərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən aparılmalıdır.