IMG-LOGO

WKF prezidenti: Karate üzrə beynəlxalq turnirləri Azərbaycanda keçirməyə hazırıq

11 Jan 2026 00:41 8 baxış
IMG

Karate üzrə beynəlxalq turnirləri Azərbaycanda keçirməyə hazırıq.

Bunu Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Karate 1 – Seriya A" beynəlxalq turnir çərçivəsində "Report"un yerli bürosuna açıqlamasında deyib.

A.Espinos bildirib ki, WKF yüksək səviyyəli karate turnirlərinin Azərbaycanda keçirilməsinə açıqdır:

"Keçmişdə də bir çox beynəlxalq tədbirlərlə bağlı Azərbaycanda olmuşuq. Azərbaycan tərəfindən beynəlxalq karate yarışlarına ev sahibliyi etmək üçün müraciət olunsa, bunu böyük məmnuniyyətlə qarşılayarıq. Biz təklifə açığıq və sadəcə gözləyirik", - Dünya Karate Federasiyasının prezidenti vurğulayıb.

A.Espinos vurğulayıb ki, Azərbaycan karate üçün böyük potensiala malikdir.

WKF prezidenti Azərbaycanda karatenin zəngin tarixə və böyük potensiala malik olduğunu vurğulayıb. O, ölkəmizdə karatenin ən parlaq dövrü kimi 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarını xatırladıb:

"2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları Azərbaycan karatesi üçün çox yaddaqalan və uğurlu bir mərhələ idi".

Qeyd edək ki, Tbilisidə keçirilən Dünya Karate Federasiyasının (WKF) rəsmi təqviminə daxil olan və reytinq xalları verən yarışda 77 ölkənin idmançıları iştirak edir. Azərbaycan 21 karateçi və 4 məşqçi ilə təmsil olunur. Azərbaycan karateçisi Mədinə Sadıqova beynəlxalq turnirdə ikinci yeri tutub.

Xəbər lenti