IMG-LOGO

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası keçiriləcək

10 Jan 2026 22:20 8 baxış
IMG

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumlarından sonra fövqəladə iclas keçirəcək.

"Report" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

"Bizim sorğumuz əsasında Rusiyanın Ukraynaya qarşı orta mənzilli ballistik raketlərlə son hücumlarından sonra BMT Təhlükəsizlik Şurası yanvarın 12-də, bazar ertəsi Kiyev vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 00:00) fövqəladə iclas keçirəcək", - paylaşımda qeyd edilib.

Ukraynalı nazirin sözlərinə görə, iclasda Rusiyanın BMT Nizamnaməsini kobud şəkildə pozması müzakirə olunacaq:

"Biz Təhlükəsizlik Şurasının üzvlərini təcavüzün dayandırılmasını tələb edərək, mülki əhalini qoruyaraq və Ukraynanın suverenliyinə dəstəyi əsirgəmədən məqsəd birliyini nümayiş etdirməyə çağırırıq".

Sibiqa vurğulayıb ki, Rusiyanın hücumları beynəlxalq təhlükəsizliyi, ABŞ, Avropa dövlətləri və digər tərəfdaşların sülh səylərini sarsıdır. "Beynəlxalq ictimaiyyət məsuliyyətə cəlb olunmanı təmin etmək, təcavüzkara təzyiqi gücləndirmək və möhkəm sülhü bərpa etmək üçün indi hərəkət etməlidir", - o fikirlərini yekunlaşdırıb.

Xəbər lenti