IMG-LOGO

Pakistan və ABŞ birgə antiterror təlimləri keçirir

10 Jan 2026 22:37 7 baxış
IMG

Pakistan və ABŞ Silahlı Qüvvələrinin bölmələri "Inspired Gambit-2026" adlı birgə antiterror manevrlərinə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarəsi məlumat yayıb.

Bildirilib ki, iki həftə davam edəcək təlimlər ölkənin şimal-qərbində, Xayber-Paxtunxva vilayətinin Pabbi şəhərində yerləşən Milli Antiterror Mərkəzinin bazasında keçirilir.

Məlumata əsasən, təlimlərin məqsədi iki ölkənin Silahlı Qüvvələrinin bölmələrinin əməliyyat baxımından qarşılıqlı uyğunluğunu gücləndirmək, həmçinin terrorizmlə mübarizə əməliyyatlarının aparılması üzrə təcrübə mübadiləsi etməkdir. Qeyd olunur ki, xüsusi diqqət sıx şəhər mühitində döyüş əməliyyatlarının aparılması bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək.

Xəbər lenti