Çində avtomobil yarışında azı 14 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə Szansu əyalətinin Nantun dairəsinin, Tunçjou rayonunun xalq hökuməti bildirib.
Hadisə Sianzu əyalətinin Avtomobil və Motosiklet İdman Assosiasiyası tərəfindən keçirilən illik yarış zamanı baş verib.
"52 yaşlı sürücü nəqliyyat vasitəsinə idarəetməsini itirib və nəticədə 14 nəfər xəsarət alıb", - yerli hakimiyyət orqanları bildirib.
Bütün zərərçəkənlər xəstəxanaya aparılıb. Qeyd edilir ki, iki nəfər ağır xəsarət alıb, vəziyyətləri sabitdir.
Hüquq-mühafizə orqanları araşdırma aparır.