IMG-LOGO

Məhkəmə icraçısı özünü məhkəmə binasının qarşısında güllələdi

15 Jan 2024 20:00 79 baxış
IMG

Sankt-Peterburqda Vasileostrovski Rayon Məhkəməsinin binası yaxınlığında məhkəmə icraçısının meyiti tapılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, kişinin yanında xidməti silahın olduğu qeyd edilir.

Şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti 33 yaşlı məhkəmə icraçısının intihar etdiyini açıqlayıb.

İddialara görə, məhkəmə icraçısı məhkəmə binasının qarşısından çıxaraq xidməti silahından istifadə edərək intihar edib.

Mənbə: lent.az

Xəbər lenti