IMG-LOGO

Ançelotti "Real"da kubokların sayına görə Zidanı geridə qoydu

15 Jan 2024 18:50 97 baxış
IMG

Yanvarın 14-də İspaniya Superkubokunu “Real” qazanıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu, baş məşqçisi Karlo Ançelottiyə Madrid klubunda kubokların sayına görə “Kral klubu”nun keçmiş baş məşqçisi Zinəddin Zidanı qabaqlamağa imkan verib.

Karlo Ançelotti ikinci dəfə 2021-ci ilin iyulunda “Real”ın baş məşqçisi olub. Bundan əvvəl italiyalı mütəxəssis 2013-2015-ci illərdə İspaniya superklubunda çalışıb. Onun rəhbərliyi altında Madrid klubu artıq 11 kubok qazanıb: İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb, həmçinin iki dəfə Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Klublararası Dünya Çempionatını qazanıb. 

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib və həmçinin “Kral klubu”nun xəzinəsinə 11 kubok gətirməyi bacarıb.

“Real”ın başında kubokların sayına görə mütləq rekordçu Miqel Munosdur (14).  

Xəbər lenti