IMG-LOGO

İddiaçılar turniri iştirakçılarının yekun siyahısı – Azərbaycan şahmatçısı da var

15 Jan 2024 13:21 97 baxış
IMG

Norveçli qrossmeyster Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasına (FIDE) iddiaçılar turnirində iştirakdan imtina etdiyi barədə rəsmi məlumat verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onu dünya çempionatını dördüncü pillədə başa vurmuş azərbaycanlı qrossmeyster Nicat Abasov əvəz edəcək.

İddiaçılar turnirində həmçinin Din Lijen (Çin), Yan Nepomnyaşı (Rusiya), Rameşbabu Praqnanandha (Hindistan), Fabiano Karuana (ABŞ), Vidit Santoş Qucrati (Hindistan), Hikaru Nakamura (ABŞ), Qukeş Dommaraju (Hindistan) və Alireza Firuca (Fransa) iştirak edəcək. 

İddiaçılar turniri aprel ayında Torontoda (Kanada) keçiriləcək.

 

Xəbər lenti