ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə sənayesi müəssisələrinin silah istehsalını çox ləng həyata keçirdiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Prezident qeyd edib ki, müdafiə sənayesi zavodları hərbi texnikanı lazımi sürətlə istehsal və onun xidmətini təmin etmədiyi üçün dividend ödənişlərini və səhmlərin geri alınmasını qadağan edəcək.
Tramp, həmçinin müdafiə sənayesində top-menecerlərin yüksək maaşlarını əsassız adlandırıb:
"Bu rəhbərlər yeni və müasir istehsal müəssisələri qurmalı, həm vacib avadanlığın təchizatı və xidmətini, həm də gələcəyin ən yeni hərbi texnika modellərinin yaradılmasını təmin etməlidirlər. O vaxta qədər heç bir top-menecerin 5 milyon dollardan çox qazanmasına icazə verilməməlidir".
Prezidentin sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin və müttəfiqlərinin həyati əhəmiyyətli avadanlıqla təmin olunması üçün istehsalın sürətləndirilməsi vacibdir.